REGİONLAR


Fermerlər zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulları haqda maarifləndiriliblər

Xaçmaz, 13 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Sentyabrın 13-də Xaçmazda fermerlərlə keçirlən görüşdə “Kənd təsərrüfatında zərərli orqanizmlərə qarşı inteqrir mübarizə” mövzusu müzakirə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Aqrar Xidmətlər Agentliyinin və Elmi-tədqiqat institutlarının rəhbərləri və əməkdaşları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, həmçinin bölgə fermerləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd fermerləri zərərli orqanizmlərə qarşı inteqrir mübarizə (İntegrated Pest Management-IPM) tədbirlərinin prinsipləri, üstünlükləri, pomidor bitkisində inteqrir mübarizə tədbirləri barədə məlumatlandırmaq, həmçinin layihə çərçivəsində əldə olunmuş müsbət nəticələri təşviq etməkdir.

Görüşdə bildirilib ki, cari ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə iştirakı ilə “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində yüksək təhlükəli pestisidlərə (HHP) alternativ olan əkinçilik üsullarının təşviqi və məlumatlandırılmasına dair layihə həyata keçirilib. Layihənin əsas məqsədi üç müxtəlif aqrar istehsal texnologiyasının sınaqdan keçiriləcəyi və nümayiş etdiriləcəyi sahələr yaradaraq fermerlərə HHP alternativlərin istifadəsini təşviq etmək və məlumatlılığın artırılmasını təmin etməkdir. İlkin olaraq Xaçmaz rayonu Sabiroaba kəndində 100 fermerdən ibarət IPM və orqanik kənd təsərrüfatı texnologiyasından istifadə edilməklə əkilən pomidor sahəsində fermer sahə məktəbi yaradılıb. 3 müxtəlif aqrar istehsal texnologiyası kimi orqanik əkinçilik, zərərvericilərə qarşı inteqrir mübarizə, ənənəvi əkinçilik üsullarından istifadə olunub. Həmçinin layihə çərçivəsində Xaçmazda 5 hektarlıq nümayiş sahəsində orqanik əkinçilik və zərərvericilərə qarşı inteqrir mübarizə üsullarından istifadə etməklə pomidor əkini həyata keçirilib. Layihə çərçivəsində bölgə fermerləri üçün seminarlar təşkil olunub, eləcə də qeyd olunan texnologiyalar üzrə potensialı gücləndirmək üçün tarla səfərləri təşkil edilib.

Görüşdə məruzələr dinlənilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.