İDMAN


Fernando Alonso Formula 1-də karyerasını bərpa etməyə tələsmir

Bakı, 18 may, AZƏRTAC

İspaniyalı pilot Fernando Alonso Formula 1-də karyerasını bərpa etməyə tələsmir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ikiqat dünya çempionu yekun qərarını yaydan tez qəbul etməyəcək. İndiki məqamda ispaniyalı pilot avqusta planlaşdırılan “İndianapolisin 500 mil” yarışı haqda fikirləşir.

Xatırladaq ki, bir müddət əvvəl F.Alonsonun növbəti mövsümdə “Reno”ya keçəcəyi ilə bağlı məlumat yayılmışdı. Onun özü də dəfələrlə mətbuata açıqlamasında Formula 1-ə qayıtmaq haqda fikirləşdiyini söyləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.