İDMAN


Ferran Torres “Mançester Siti”yə transfer olunub

Bakı, 5 avqust, AZƏRTAC

İspaniyanın “Valensiya” futbol klubunun yarımmüdafiəçisi Ferran Torresin İngiltərənin “Mançester Siti” komandasına keçidi rəsmiləşib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı bu transfer üçün İngiltərə təmsilçisinin 23 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, F.Torres cari mövsümdə keçirdiyi 44 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.