İDMAN


“Ferrari” Sebastian Fettellə yeni müqavilə ilə bağlı danışıqlar aparmağa hazırdır

Bakı, 22 fevral, AZƏRTAC

“Ferrari” Sebastian Fettellə yeni müqavilə ilə bağlı danışıqlar aparmağa hazırdır.

AZƏRTAC xəbər verir ki, İtaliya təmsilçisi almaniyalı Formula 1 pilotunu bu barədə məlumatlandırıb. Jurnalist Leo Turrini öz portalında məsələyə belə aydınlıq gətirib: “Bu, şahmat taxtasında ilk səliqəli gedişə bənzəyir. “Ferrari” Fettelə çatdırıb ki, onunla müqavilə imzalamağa hazırdır. İndi hər şey Sebastianın yeni bolidi ilə necə çıxış edəcəyindən və komanda yoldaşı Şarl Leklerlə münasibətindən asılıdır. Vurğulamaq yerinə düşür ki, Luis Hamilton da “Mercedes”də qalmaq istəyir. Digər komandaların pilotları isə “qırmızılar”ı cəlb etmir. Ona görə Fettellə danışıqlar aparmaq ən məntiqli addımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.