İDMAN


“Ferrari” pilotu Karlos Saynsla müqavilə müddətini 2024-cü ilin sonunadək yeniləyib

Bakı, 23 aprel, AZƏRTAC

“Ferrari” komandası pilotu Karlos Saynsla müqavilə müddətini 2024-cü ilin sonunadək yeniləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya komandasının rəsmi saytı məlumat yayıb.

İspaniyalı pilotun “Ferrari” ilə müqaviləsi bu ilin sonunda başa çatırdı. Pilot qarşıdakı 2 ildə də İtaliya komandasının bolidini idarə edəcək. Bir müddət əvvəl “Ferrari” digər pilotu Şarl Leklerlə də müqaviləni 2024-cü ilin sonuna qədər yeniləmişdi.

Sayns müqaviləni imzaladıqdan sonra fikirlərini bölüşüb: “Burada yola davam edəcəyimə görə çox şadam. Mən həmişə demişəm ki, Formula 1-də çıxış etmək üçün “Ferrari”dən ideal komanda yoxdur. Bir il burada mübarizə apardıqdan sonra yenidən belə bir imkan əldə etdiyimə görə çox sevinirəm. Komanda ilə birgə gördüyümüz işlər göz önündədir. Yeni anlaşma özüməinam hissini daha da artıracaq”.

“Ferrari”nin rəhbəri Mattia Binotto isə Saynsla əməkdaşlığı daha 2 il davam etdirəcəkləri haqda bunları söyləyib: “Mən həmişə demişəm ki, bizim komandadakı duet Formula 1-in ən yaxşı cütlüyüdür. Ona görə də Saynsla müqaviləni yeniləmək təbii məsələyə çevrilmişdi. Biz artıq sabitliyi təmin etmişik. Sayns əməksevər pilotdur. O, Leklerlə birgə iddiamızı artırıb. Biz bu komanda ilə yeni tarix yazırıq”.

Xatırladaq ki, cari mövsüm “Ferrari” Mühəndislər Kubokunun liderdir. Bu komandanın pilotlarından Şarl Lekler 71 xalla fərdi birinciliyə başçılıq edir, Karlos Sayns isə 33 xalla 3-cü pillədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.