İDMAN


“Ferrari”nin icraçı direktoru komandanın çempion titulu qazanacağına inanır

Bakı, 8 may, AZƏRTAC

“Ferrari”nin icraçı direktoru Lui Kamilyeri bildirib ki, komandasının uğursuz start götürməsinə baxmayaraq, onun cari mövsümdə Formula 1 çempionatını uda biləcəyinə əmindir.

AZƏRTAC xəbər verir ki, “Ferrari” Konstruktorlar Kubokunda ikinci yeri tutur və liderlik edən “Mercedes”dən 74 xal geri qalır.

“GPBlog” Kamilyerinin bu sözlərini sitat gətirib: “Güclü rəqib olmaq və çempionatı udmaq üçün bizim bütün zəruri imkanlarımız və ehtiyatlarımız var. İki çox təcrübəli pilotumuz, mükəmməl komanda başçımız var. Bizi vahid məqsəd birləşdirir, diqqətimizi bir yerə cəmləmişik, istedadlıyıq. Biz ambisiyalarımızı təmin etmək üçün hər şeyə hazırıq”.

“Mercedes” mövsüm start götürəndə dörd dəfə qələbə qazanıb. “Ferrari”nin pilotları hələlik üçüncü yerdən yaxşı nəticə göstərə bilməyiblər. Mövsümlərarası testlərdə “Ferrari”nin üstünlüyü nəzərə alınsa, bu, bir növ sürpriz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.