İDMAN


“Ferrari”nin pilotu Sebastyan Fettel cari mövsümdə ilk qələbəsini qazanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də “Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel Formula 1 üzrə Sinqapur Qran-Prisinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, uzunluğu 5065 metr olan Marina Beydə təşkil olunan mövsümün 15-ci yarışında pilotlar 61 dövrə vurublar. Bütün rəqiblərini qabaqlayan S.Fettel Sinqapur Qran-Prisində birinci olmaqla cari mövsüm ilk, karyerasında isə 53-cü qələbəsini qazanıb. Onun komanda yoldaşı monakolu Şarl Lekler yarışı ikinci, niderlandlı Maks Ferstappen (“Red Bull”) isə üçüncü pillədə başa vurublar.

Pilotların cədvəlinə 296 xalla “Mercedes”in sürücüsü Luis Hamilton başçılıq edir. Valtteri Bottas (“Mercedes”) 231xalla ikinci, Ş.Lekler isə 200 xalla üçüncüdür.

Konstruktorlar kubokunda “Mercedes” 527 xalla birinci yerdədir. Hesabında 394 xal olan “Ferrari” ikinci, “Red Bull Racing” 289 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti yarış gələn həftə Rusiyanın Soçi şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.