İDMAN


“Ferrari”nin sabiq rəhbəri 2020-ci il mövsümündə komandanın uğur qazanacağını söyləyib

Bakı, 22 oktyabr, AZƏRTAC 

Formula 1 çempionatının “Ferrari” komandasına 2008-2014-cü illərdə rəhbərlik etmiş Stefano Domenikali qeyd edib ki, 2019-cu il mövsümündə komanda nümayiş etdirməli olduğu nəticələrə nail ola bilmədi. Lakin o, 2020-ci ildə hər şeyin dəyişəcəyini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Domenikali nümunə qismində Bəhreyn Qran-Prisini yada salıb. Həmin yürüşdə Şarl Lekler qətiyyətlə liderlik edirdi, lakin mühərriklə problem ucbatından üçüncü pilləyə enməli oldu.

“Bu mövsümün simvollarına çevrilmiş Bəhreyn yürüşü və bəzi digər yürüşlər olmasaydı, 2019-cu il mövsümünün sonu başqa cür baş tuta bilərdi. Baxın, “Ferrari” avtomobili son aylarda nə dərəcədə yaxşılaşıb. Əminəm ki, 2020-ci ildə onların titul qazanmağa gözəl şansları olacaq”, - deyə “GrandPX.news” Domenikalinin sözlərindən sitat gətirir.

Mövsümün sonuna dörd mərhələ qalmış “Ferrari” Konstruktorlar Kubokunda hətta nəzəri cəhətdən belə qələbəyə olan şansını itirib. Onun pilotları isə Luis Hemilton və Valtteri Bottasın (hər ikisi “Mercedes”in pilotudur) şəxsi hesabda qələbələri uğrunda mübahisələrinə mane ola bilməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.