İQTİSADİYYAT


Ferroərintilərin istehsalı üzrə zavodun gələn ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır

Bakı, 23 fevral, AZƏRTAC

"Bakı əlvan metallar və ferroərintilər" şirkəti 2017-ci ilin əvvəlində Sumqayıt Kimya Sənaye Parkında ferroərintilərin istehsalı üzrə zavod istifadəyə verməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə "Bakusteel Company" MMC-nin vitse-prezidenti Ramin Kərimov məlumat verib.

Qeyd edilib ki, Türkiyənin "Demora" şirkəti zavod üçün 16 milyon dollar məbləğində texnoloji avadanlıq verəcək. 7-8 milyon dollara başa gələcək müəssisənin tikintisini Azərbaycanın yerli şirkətləri həyata keçirəcəklər. Zavodda ferrosilisium, ferrosilikomanqan və ferroxrom istehsal olunacaq. Ferrosilisium üçün ümumi orta illik istehsal gücü 25 min ton, ferrosilikomanqan üçün 50 min ton nəzərdə tutulub. Gələcəkdə ferrobor və ferromolibden istehsalı da planlaşdırılır. Zavodda 150 nəfər işçi çalışacaq. Layihə tam müasir, avtomatlaşdırılmış bir istehsal sahəsi olacaq. Zavodun tikintisi üzrə işlər 8 ay davam edəcək, sonra "Demora" şirkəti avadanlıqların tədarükünə başlayacaq. Ümumilikdə, zavodun tikintisi, avadanlığın quraşdırılması və müəssisənin işə düşməsi üçün 13-14 ay vaxt lazım olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.