İQTİSADİYYAT


“Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 25-də “Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 5 min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 11,5 faiz, tədavül müddəti 1 ildir. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

Qeyd edək ki, yanvarın 14-də Listinq Komitəsinin qərarı ilə “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.