“Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
AzerTAg.az

Bakı, 26 yanvar, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) “Ferrum Kapital” QSC-nin tədavül müddəti 12 təqvim ayı olan AZ2009022289 dövlət qeydiyyat nömrəli, 5 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən on iki sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 11,5 faiz, faiz ödənişləri 1 təqvim ayından bir olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 5 milyon manat təşkil edib. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. İstiqrazlar 2023-cü il yanvarın 25-də ödəniləcək.
Xəbərin mətnində orfoqrafik səhv var