SİYASƏT


Fərrux Rüstəmov: Gəncədə polislərin qətlə yetirilməsi dövlətə və dövlətçiliyə qəsddir

Bakı, 13 iyul, AZƏRTAC

Regionun lider dövləti olan Azərbaycanda son illərdə iqtisadi, siyasi, hərbi, təhsil, mədəniyyət və digər sahələrdə sürətli inkişaf göz önündədir. Ölkəmiz bölgədə transmilli layihələrin reallaşmasında əsas söz sahibinə çevrilib. Xalq-iqtidar birliyi inkişafımızın əsas mənbəyidir.

Bu fikirləri iyulun 10-da Gəncədə törədilən iğtişaşla bağlı AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, Əməkdar Elm Xadimi, professor Fərrux Rüstəmov deyib.

F.Rüstəmov bildirib ki, prezident seçkilərinin uğurla nəticələnməsi, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, Azərbaycan Xalq Cümhuriyyətinin və ordumuzun 100 illik yubileylərinin təntənəli şəkildə qeyd edilməsi, xüsusilə də Bakıda möhtəşəm hərbi paradın keçirilməsi bəzi dairələrdə qısqanclıqla qarşılanıb. Azərbaycanın dinamik inkişafını, əhalinin güzəranının gündən-günə yaxşılaşmasını, sosialyönümlü layihələrin həyata keçirilməsini gözü götürməyənlər ölkəmizdə sabitliyin pozulmasına çalışırlar. Gəncədə qanunazidd hərəkətlərin qarşısını almaq üçün öz xidməti vəzifəsini icra edən polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun deşici-kəsici alətlə qətlə yetirilməsini birmənalı olaraq dövlətə və dövlətçiliyə qarşı qəsd kimi dəyərləndirir və bunu Azərbaycana qarşı aparılan çirkin oyunun tərkib hissəsi hesab edirəm. Son illərdə Qarabağ döyüşlərində çox şəhid vermişik. Polisə əl qaldırmaq dövlətə əl qaldırmaq deməkdir. Dövlətə qaldırılan əllər kəsilməlidir. Bu, xəyanətdir, insanlığa sığmayan cinayətdir. Biz hüquqi dövlətdə yaşayırıq, cinayəti törədənlər öz layiqli cəzalarını alacaq, sabitliyin pozulmasına yol verilməyəcək, Azərbaycan dövləti terror və terror çağırışlarına qarşı sərt addımlar atacaqdır. Buna heç kəs şübhə etmir. Çünki bizim arxamızda güclü və qüdrətli Azərbaycan dövləti durur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.