CƏMİYYƏT


Fərrux Sədirov: ÜST koronavirusun AY.4.2 növünü tədqiqat altında olan variant olaraq qiymətləndirir

Bakı, 21 oktyabr, AZƏRTAC

Rusiyada əhali arasında sürətlə yayılmağa başlayan koronavirusun AY.4.2 növünü yeni ştam adlandırmaq olmaz. Bu, koronavirusun “delta” variantının bir növüdür. Buna hətta hamının bildiyi “delta plus” ştamı da demək olar.

Bu fikirləri AZƏRTAC-a 1 saylı Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

Həkim-infeksionist xatırladıb ki, koronavirusun bu növü ilk dəfə Böyük Britaniyada aşkar edilib: “Hazırda Rusiya mətbuatında adıçəkilən növün əvvəlki ştamlara nisbətdə daha çox yoluxdurucu, öldürücü və uşaqlar arasında xəstəlik törətdiyi deyilsədə, İngiltərə bu barədə onlarda belə bir statistikanın olmadığını bəyan edir”.

“Ümumdünya Səhiyyə Təşkilatı AY.4.2 növünün hazırda tədqiqat altında olan variant olaraq qiymətləndirir. Bu növün 10-15 faiz daha yoluxdurucu olduğu qeyd olunur. Koronavirusun yeni variantlarının meydana gəlməsi prosesi davam edir. Çünki dünya əhalisi arasında vaksinasiya hələ istənilən səviyyədə deyil. Bu da istər-istəməz yeni ştamların meydana çıxmasına şərait yaradır. Nəzərə alsaq ki, virus orqanizmdən-orqanizmə keçdikdə yeni mutasiyalar üçün şərait yaradır, peyvənd olunanların sayı nə qədər çox olsa, virusun digər orqanizmə keçmək şansı qalmayacaq və yeni mutasiyalar olmayacaq. Vətəndaşları, əsas da risk qrupuna aid şəxslərin peyvənd olunmaları mütəxəssislər tərəfindən tövsiyə olunur”, - deyə F.Sədirov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.