İDMAN


Ferstappen Formula 1 Avstraliya Qran-Prisinin birinci məşqində liderdir

Ferstappen Formula 1 Avstraliya Qran-Prisinin birinci məşqində liderdir

Bakı, 31 mart, AZƏRTAC

Melburndakı avtodromda Formula 1 çempionatının üçüncü mərhələsinin - Avstraliya Qran-Prisinin birinci məşqi başa çatıb.

AZƏRTAC xəbər verir ki, məşqin yekunlarına görə ən yaxşı nəticəni “Red Bull” komandasının niderlandlı pilotu, hazırkı dünya çempionu Maks Ferstappen göstərib. İkinci nəticəni “Mercedes” komandasının təmsilçisi Lyuis Hemilton nümayiş etdirib. Üçlüyü Ferstappenin komanda yoldaşı Serxio Peres qapayıb.

“Aston Martin” komandasının pilotu Fernando Alonso dördüncü yerdə, “Ferrari”nin pilotu Şarl Lekler isə beşinci yerdə qərarlaşıb.

Məşq zamanı trasda GPS ilə bağlı problem səbəbindən qırmızı bayraqlarla 15 dəqiqəlik fasilə yaranıb. Bu, trafiklə bağlı bir neçə təhlükəli vəziyyət əmələ gətirib. Rəhbərlik bunu nəzərə alaraq, problemlər aradan qaldırılanadək məşqin dayandırılması barədə qərar qəbul edib. Buna təqribən 15 dəqiqə vaxt sərf olunub.

Yekunda məşq vaxtından əvvəl başa çatıb, “Williams” komandasının pilotu Loqan Sarjent mübarizəni dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.