REGİONLAR


Fərzəli Qədirov: Regional idarələrin yaranması təhsil sisteminin idarə olunmasına müsbət təsir göstərəcək

Şəki, 4 may, Mustafa Dadaşov, AZƏRTAC

Regional təhsil idarələrinin yaradılması ümumi təhsil sisteminin idarə olunmasında müsbət dəyişikliyə gətirib çıxaracaq, eyni zamanda, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə ciddi təsir göstərəcək.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərinin kollektivə təqdim olunması münasibətilə keçirilən mərasimdə deyib.

Nazirliyin rəsmisi bildirib ki, regional təhsil idarələrinin yaradılması, həmçinin müəllimlərin peşəkarlıq səviyyəsinin davamlı şəkildə artırılmasını təmin edəcək, təhsilalanların və təhsilverənlərin hüquqlarının təmin olunmasında, həyata keçirilməsində səmərəli bir mexanizm, təhlükəsiz və sağlam bir mühit yaradacaq. “Yəni, elə bir məkan yaradılmalıdır ki, bu məkanda təhsilverənlər də, təhsilalanlar da inkişaf etsin, eyni zamanda, onların gələcək inkişafı ilə bağlı perspektivlər, məsələlər öz həllini tapsın”, - deyə Fərzəli Qədirov vurğulayıb.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini bildirib ki, təhsilin keyfiyyət səviyyəsi ölkə rəhbərliyi tərəfindən müəyyən olunan təhsil siyasətinin necə həyata keçirilməsindən çox asılıdır. “Əminik ki, yeni yaradılmış regional təhsil idarələri vahid təhsil siyasətinin həyata keçirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcək və biz bunun nəticəsini tezliklə hiss edəcəyik”,- deyə F.Qədirov əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.