Festival: Tennis üzrə oğlan cütlüklərin yarışında Polşa və Çexiya idmançıları finala vəsiqə qazanıblar
AzerTAg.az
Bakı, 25 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis üzrə oğlan cütlüklərin yarışında finalçılar məlum olub.
AZƏRTAC xəbər verir ki, yarışın finalında Polşa və Çexiya tennisçiləri qızıl medal uğurunda mübarizə aparacaqlar.
Bakı Tennis Akademiyasında keçirilən yarımfinal qarşılaşmasında polşalı Filip Pieçzonka/Olaf Pieçkovski dueti ispaniyalı Pedro Rodenas/Daniel Merida cütlüyünü 2:1 (4:6, 6:4, 10:8) hesabı ilə məğlubiyyətə uğradıb.
Digər qarşılaşmada isə çexiyalı Matthev Villiam Donald/Hinek Barton dueti belçikalı Noah Merre/Alessio Basile cütlüyünü 2:1 (3:6, 6:2, 10:5) hesabı ilə məğlub edərək finala yüksəlib.
Beləliklə, oğlan cütlüklərin yarışının finalında polşalı Filip Pieçzonka/Olaf Pieçkovski və çexiyalı Matthev Villiam Donald/Hinek Barton cütlükləri qarşılaşacaqlar.





















Xəbərin mətnində orfoqrafik səhv var