İDMAN


Festival çərçivəsində keçirilən ciu-citsu yarışlarına yekun vurulub

Bakı, 24 may, AZƏRTAC

Heydər Əliyev adına İdman Sarayında keçirilən "Caspian Power" İdman Festivalında ciu-citsu üzrə yarışlarda idmançılar 9 çəki dərəcəsində mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, 12-14 yaşlı idmançıların mübarizəsində Ağasəlim Baloğlanov (38 kq), Murad Məmmədzadə (41 kq), Tahir Bünyadov (50 kq) və Xəqani Mürsəlov (55 kq) qızıl medala sahib olublar. Həsən Səfərəliyev (50 kq), Emil Verdiyev (55 kq), Nemət Məmmədov (55 kq-dan yuxarı) və Elşən Abbasov (60 kq-dan yuxarı) isə 14-16 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.