MƏDƏNİYYƏT
Festival iştirakçısı: Azərbaycan mətbəxinin çox gözəl nümunələri var
Şuşa, 7 may, AZƏRTAC
Azərbaycanı çox sevirəm. Bu mənim ölkənizə ilk səfərimdir. Səfərimin Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına təsadüf etməsi çox yaxşı haldır. Festival çox gözəl təşkil edilib. Burada ayrı-ayrı ölkələrin mətbəx nümunələri ilə yanaşı, Azərbaycanın ayrı-ayrı bölgələrinin də milli kulinariya ənənələri nümayiş olunur.
Bunu AZƏRTAC-a müsahibəsində israilli ekspert Şaul Levi deyib.
“Dünyada bir çox kulinariya festivallarında iştirak etmişəm. Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalı həmin festivallar arasında xüsusilə fərqlənir. İlk növbədə onu qeyd etmək istəyirəm ki, xalqınız çox qonaqpərvərdir. Milli mətbəxinizin təamları isə bir-birindən ləziz və dadlıdır. Ağzının dadını bilən hər kəs bu təamlardan doyunca ləzzət alar. Azərbaycan mətbəxinin çox gözəl nümunələri var. Belə bir festivalın iştirakçısı olduğum üçün çox şadam”,-deyə israilli ekspert vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]