İDMAN


Festivalda İspaniya və Çexiya idmançıları tennis üzrə oğlan və qız cütlüklərin yarışlarının bürünc medalçıları olublar

Bakı, 26 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC 

“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis üzrə oğlan və qız cütlüklərinin bürünc medalçıları məlum olub.

AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən oğlan cütlüklərin qarşılaşmasında ispaniyalı Pedro Rodenas/Daniel Merida dueti belçikalı Noah Merre/Alessio Basile cütlüyünü 2:0 (6:3, 7:6 (4)) hesabı ilə məğlubiyyətə uğradaraq bürünc medalı qazanıb.

Tennis üzrə qız cütlüklərin görüşündə isə Çexiya təmsilçisi Dominika Salkova/Linda Klimoviçova belçikalı Hanne Vandevinkel/Juliet Bovi cütlüyünə 2:0 (7:6,6:4) hesabı ilə qalib gələrək üçüncü yeri təmin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.