İDMAN


Festivalın idman gimnastikası yarışlarında çoxnövçülük üzrə qaliblər müəyyənləşib

Bakı, 25 iyul, AZƏRTAC

Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında iyulun 25-də çoxnövçülük üzrə qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, idman gimnastikası yarışlarının üçüncü günündə ilk olaraq kişi atletlər güclərini sınayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Ukrayna təmsilçisi İlya Kovtun 82 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiya təmsilçiləri İvan Kulyak (81,100 xal) gümüş, Muhammadjon Yakubov (80,550) isə bürünc medal qazanıblar.

Azərbaycan gimnastı Səməd Məmmədli isə 75,500 xalla 19-cu olub.

Qadınların yarışında Rusiya idmançısı Viktoriya Listunova 56 xalla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Böyük Britaniya təmsilçisi Ondine Açamponq 52,950 xalla yarışı ikinci, digər rusiyalı gimnast Yana Vorona isə 52,550 xalla üçüncü pillədə başa vurublar.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparıblar.

İyulun 26-da gimnastlar müxtəlif alətlər üzrə final yarışlarında çıxış edəcəklər. Kişilər sərbəst hərəkətlər, dəstəli at, halqalarda, qadınlar isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda mübarizə aparacaqlar. Gimnastımız S.Məmmədli sərbəst hərəkətlər və dəstəli at yarışlarında medallar uğrunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.