İDMAN


Festivalın idman gimnastikası yarışlarında təsnifat mərhələsinə yekun vurulub

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışlarında təsnifat mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparıblar.

İdman gimnastikası yarışlarının ikinci günündə qadın atletlər güclərini sınayıblar. Ölkəmizi yarışda Milana Minakovskaya təmsil edib.

Təsnifat mərhələsi başa çatdıqdan sonra komanda yarışlarının qalibləri, həmçinin müxtəlif alətlər üzrə finalçılar müəyyənləşib.

Rusiya millisi 108,050 xalla yarışın qalibi adını qazanıb. Rumıniya komandası 106,800 xalla gümüş, Böyük Britaniya isə 103,850 xalla bürünc medala sahib olub.

Dörd alətdə mübarizə aparan idmançımız M.Minakovskaya hakimlərdən 44,300 xal alıb və finala vəsiqə qazana bilməyib.

Ötən gün kişi gimnastların təsnifat yarışlarında uğurla çıxış edən Azərbaycan atleti Səməd Məmmədli iki alət və çoxnövçülük üzrə finala yüksəlib. Belə ki, gimnastımız çoxnövçülüklə yanaşı, sərbəst hərəkətlər və dəstəli at yarışlarında da medallar uğrunda yarışacaq.

İyulun 25-də kişi və qadın gimnastlar çoxnövçülük yarışlarının finalında çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.