İDMAN


Festivalın voleybol yarışlarında ilk yarımfinal görüşündə Rusiyanın qadınlardan ibarət komandası finala yüksəlib

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 26-da "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsinin dördüncü günündə ilk yarımfinal görüşləri yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən qızların yarışında birinci yarımfinal oyununda Rusiya və Türkiyə milliləri finalda mübarizə aparmaq uğrunda görüşüblər.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Rusiya voleybolçuları rəqiblərini 3:1 (25:22, 20:25, 25:22, 25:21) hesabı ilə məğlub edərək festivalın finalına yüksəliblər. Həlledici qarşılaşmada onların rəqibi İtaliya – Rumıniya cütünün qalibi olacaq. Türkiyə isə üçüncü yer uğrunda mübarizə aparacaq.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qızların mübarizəsində isə növbəti qarşılaşma 5-8-ci yerlər üçün Ukrayna və Belarus komandaları arasında olub. Bu görüşdə Belarus millisi rəqibinə qalib gəlib - 3:1 (25:27, 25:21, 25:23, 25:20). Beləliklə, Belarus yığması 5-6-cı, Ukrayna seçməsi isə 7-8-ci yerlər uğrunda yarışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.