İQTİSADİYYAT
Fevralda OPEC-in sutkalıq neft hasilatı azalıb
Bakı, 28 mart, AZƏRTAC
Fevralda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft istehsalı geriləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC üzrə neft hasilatı fevralda yanvar ayı ilə müqayisədə 221 min barrel azalaraq sutkada 30 milyon 550 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,8 faizə düşüb.
Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Liviya, Anqola və Ekvatorial Qvineya artırıb. Liviyanın sutkalıq hasilatı 23 min barrel çoxalaraq 906 min barrelə çatıb. Anqolada gündəlik istehsal 22 min barrel artaraq 1 milyon 457 min barrel olub. Ekvatorial Qvineyanın sutkalıq neft hasilatı isə 14 min barrel çoxalaraq 126 min barrelə yüksəlib.
Fevralda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Venesuela, Səudiyyə Ərəbistanı və İraqda azalıb. Venesuelanın gündəlik hasilatı 142 min barrel azalaraq 1 milyon barrelə düşüb. Səudiyyə Ərəbistanının neft istehsalı 86 min barrel geriləyərək sutkada 10 milyon 87 min barrel təşkil edib. İraqda hasilat 70 min barrel azalaraq 4 milyon 633 min barrelə düşüb.
Keçən ay dünyada 41 qazma qurğusu fəaliyyətə başlayıb və ümumilikdə qurğuların sayı 2 min 462-yə çatıb. Həmin qurğuların 561-i OPEC-ə üzv ölkələrdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]