İQTİSADİYYAT


Fevralda bəzi ASC-lərin səhmləri təkrar hərraca çıxarılacaq

Bakı, 17 yanvar, AZƏRTAC

Fevralın 22-i saat 09:30-da Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) təkrar pul hərracı keçiriləcək.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, “Bərdə Mexaniki Təmir”, “Beyləqan Buzxana”, “Salyan Broyler”, “Tovuz Məişət”, “Goranboy Aqrotexservis” və “Zaqatala Fındıq” ASC-lərin səhmləri təkrar satışa çıxarılacaq.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər ƏMDX-nin Əmlak Xidmətləri Məkanında və yaxud Xidmətin “emlak.gov.az” elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin “privatization.az” portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.