ELM VƏ TƏHSİL


Fevralın 10-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb

Bakı, 21 fevral, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, hər bir abituriyent bu qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 28 min 337 abituriyentdən 211 nəfəri imtahana gəlməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.