REGİONLAR


Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq

Bakı, 10 fevral, AZƏRTAC

Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq.

AZƏRTAC xəbər verir ki, müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən almaq mümkündür.

Texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.

Qiymətin qalan hissəsi müvəkkil banklarda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək.

Əlavə məlumat üçün Kənd Təsərrüfatı Nazirliyinin “1652” Çağrı Mərkəzinə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.