CƏMİYYƏT


Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycanda koronavirusa qarşı vaksinasiya Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələr sırasındadır. Dünyada əksər ölkələr hələ vaksinasiyaya başlamayıb. Eyni zamanda, Azərbaycan ən yüksək keyfiyyətli vaksinlərin əldə edilməsinə nail olub.

AZƏRTAC xəbər verir ki, bunu Operativ Qərargahın yanvarın 16-da keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

Şahmar Mövsümov bildirib ki, yanvarın 18-dən vaksinasiya başlayacaq və ilk olaraq tibb işçiləri vaksinasiyaya cəlb olunacaq. Bu proses təqribən iki həftə davam edəcək. Növbəti mərhələdə - fevralın 1-dən yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiya edilməsinə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.