SİYASƏT


Fevralın 21-22-də Vyanada ATƏT PA-nın qış sessiyası keçiriləcək

Vyana, 13 fevral, AZƏRTAC 

ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) növbəti qış sessiyası fevralın 21-22-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, sessiyanın açılışında ənənəyə sadiq olaraq, Avstriya Parlamentinin sədri, ATƏT PA-nın prezidenti, ATƏT-in hazırkı sədri və ATƏT-in baş katibi çıxış edəcəklər. Sonra üç əsas komitənin iclaslarında ATƏT məkanında siyasi, iqtisadi, ətraf mühit və təhlükəsizlik məsələləri, insan haqları və humanitar problemlər müzakirə ediləcək. Korrupsiya, çirkli pulların yuyulması və terrorizmə qarşı mübarizə mövzuları ilə yanaşı, uzunmüddətli münaqişələrin həlli üçün ATƏT mexanizmləri və imkanlarından necə istifadə etməyin mümkünlüyü ətrafında da fikir mübadiləsi aparılacaq. Hər üç komitənin birgə iclasında isə ötən il ATƏT məkanı ölkələrində (ABŞ, Gürcüstan, Bosniya və Herseqovina, Ermənistan) keçirilmiş seçkilərdəki müşahidə missiyalarının hesabatı təqdim ediləcək, müzakirələr aparılacaq.

ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin qatılacağı sessiyada ölkəmizi Milli Məclisin üzvlərindən ibarət nümayəndə heyəti təmsil edəcək.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.