CƏMİYYƏT
Fevralın 4, 6 və 7-də Bakıda anomal isti hava şəraiti müşahidə edilib
Bakı, 14 mart, AZƏRTAC
Fevral ayında hava şəraiti nisbətən sabit, küləkli keçib. Ay ərzində paytaxtda ən isti gün fevralın 7-də, ən soyuq gün isə fevralın 11-də müşahidə olunub. Belə ki, həmin günlərdə Bakıda havanın temperaturu müvafiq olaraq 25° isti və 2° şaxta olub.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.
“Fevralın 7-də Bakıda havanın orta sutkalıq temperaturu iqlim normasından 17.3° yüksək olub. Fevralın 4, 6 və 7-də Bakıda anomal isti hava şəraiti müşahidə edilib. Həmin günlər bütün müşahidələrə görə ən yüksək temperatur göstəriciləri qeydə alınıb - 17°, 21°, 25° isti.
Fevralda ölkə ərazisində yağıntılar qeyri-bərabər paylanıb. Bakıda və Abşeron yarımadası üzrə 18-83, Yuxarı-Qarabağ zonasında 48-64, Qazax-Gəncə zonasında 4-9, Ağdamda 42, Lənkəran-Astara zonasında 68-132, Böyük Qafqazda 42-159, Mərkəzi Aran zonasında 1-119 faiz təşkil edib”, - deyə U.Tağıyeva bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]