Fevralın 7-də Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq
AzerTAg.az

Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru güclənəcək. Havanın temperaturunun gecə 2-4°, gündüz 5-7° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı bildirilir.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə yaranacaq. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir. Gecə və səhər yollar buz bağlayacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, dağlıq ərazilərdə 13°-dək şaxta, gündüz 0-5° şaxta olacağı ehtimalı var. Gecə və səhər yollar buz bağlayacaq.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı bildirilir. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Gündüz yağıntıda fasilə yaranacaq. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə yaranacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4°, gündüz 5-8° isti, dağlarda gecə 0-3°, gündüz 3-4° isti olacaq.
Xəbərin mətnində orfoqrafik səhv var