CƏMİYYƏT


Fevralın 9-da Bakıda temperatur iqlim normasından 2.5° aşağı olub

Bakı, 10 fevral, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 10-u səhərədək ölkə ərazisində qar yağıb, bəzi şimal və şərq rayonlarında intensiv və güclü olub, güclü qərb küləyi əsib.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, qar örtüyünün hündürlüyü Xınalıqda 50, Sarıbaş (Qax), Ağdərədə 45, Qrızda 42, Qəbələdə 38, Şahdağda 37, İsmayıllıda 32, Altıağacda 28, Oğuz, Lerikdə 26, Xaltanda 20, Qusar, Yardımlıda 16, Daşkəsən, Qubada 15, Gədəbəydə 14, Göyçayda 12, Zaqatalada 11, Ordubad, Göygöl, Tərtərdə 5, Şahbuz, Astarada 4, Şabranda 3, Sədərəkdə 1 santimetr olub.

Şimal-qərb küləyi arabir Maştağada 38, Sumqayıtda 34, Bakıda 32, Pirallahı, Qum adasında 30, Neft Daşlarında 28, Çilov adasında 26 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6.8 metrə çatıb.

Bölgələrdən isə külək Naftalanda 32, Neftçalada 30, Tərtər, Mingəçevir, Nabran, Salyan, Xaçmaz, Tovuz, Yevlax, Bərdə və Ağstafada 16-22 metr/saniyəyədək güclənib.

Fevralın 9-da Bakıda temperatur iqlim normasından 2.5° aşağı olub. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında 1-2°, aran rayonlarında 2-5°, dağlıq rayonlarda 10-16°, yüksək dağlıq ərazilərdə 19-24°, Naxçıvan Muxtar Respublikasında 6-13° şaxta olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.