CƏMİYYƏT
Fevralın sonuncu günündə ölkə ərazisində hava yağıntılı olacaq
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 7-9° isti, Bakıda gecə 4-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi meteoroloji proqnozuna görə, fevralın 28-i Abşeron yarımadasında meteoroloji amillərin mülayim gedişi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, gündüz arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 6-10° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərinin, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində gün ərzində yağış yağacağı proqnozlaşdırılır. Səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, gündüz arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-11° isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2-5°, gündüz 7-10° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 2-5° isti olacağı ehtimalı var.