SİYASƏT


Fevzi Əkrəm Terzioğlu: Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan əzəmətli inkişaf yolu keçib

Ankara, 12 dekabr, AZƏRTAC

Azərbaycan böyük uğurlar əldə edib və bu uğurlar deməyə əsas verir ki, ölkənin gələcəyi daha parlaqdır. Bütün bunların əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İraq Ədəbiyyatçılar və Yazıçılar Birliyinin türkmən mədəniyyət bürosunun sədri, İraq parlamentinin sabiq üzvü Fevzi Əkrəm Terzioğlu söyləyib.

Fevzi Əkrəm Terzioğlu bildirib ki, xalqların və ölkələrin taleyini liderlər həll edir. Keçmiş Sovet İttifaqının süqutu illərində ermənilərin Azərbaycana qarşı ərazi iddiaları fonunda ölkə çətin sınaqlardan çıxdı, şəhidlər verdi, ərazisinin bir qismi təcavüzkar Ermənistan tərəfindən işğal olundu. Bütün bu ağrılara baxmayaraq, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan bəlalardan xilas oldu və ötən dövrdə əzəmətli inkişaf yolu keçib. Bu gün Azərbaycanda Heydər Əliyevin ideyaları yaşayır. Ümumiyyətlə, xilaskar liderlərin ideyaları əbədiyaşar olur. Ulu öndər Heydər Əliyev öz xalqını təlatümlərdən xilas edən liderlər sırasında özünə layiqli bir yer qazanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.