SİYASƏT
Fəxrəddin Altun: Şanlı zəfərə imza atan şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq
Ankara, 15 sentyabr, AZƏRTAC
Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin 102-ci ildönümü mübarək olsun.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altunun “Twitter”dəki şəxsi hesabında etdiyi paylaşımda yer alıb. Dövlət rəsmisi yazır ki, bu şanlı zəfərə imza atan Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunu və bütün şəhidlərimizi dərin ehtiram və hörmətlə anırıq.
Mətnin sonunda Azərbaycan və Türkiyənin dövlət bayraqları, Qafqaz İslam Ordusuna aid foto paylaşılıb. Fotonun üzərində “Bakının işğaldan azad olunmasının 102-ci ildönümü mübarək olsun” sözləri yazılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara