CƏMİYYƏT


Fəxri konsulluq: Xarkovun Çuquyev şəhəri yaxınlığında azərbaycanlılar martın əvvəlində minaya düşərək həlak olublar

Kiyev, 30 sentyabr, AZƏRTAC

Xarkov vilayətinin Çuquyev şəhərində yaşayan azərbaycanlılar hələ martın əvvəllərində idarə etdiyi avtomobilin minaya düşməsi nəticəsində həlak olublar.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov məlumat verib.

Bu gün Xarkov vilayətinin Çuquyev şəhərində olan Əfqan Salmanov şəhərin meri Qalina Minayeva və Çuquyev polis şöbəsinin rəisi Aleksandr Parfenovla görüşüb.

Mer bildirib ki, fevralın 24-dən Çuquev şəhəri atəşə tutulub. Bir çox infrastruktur obyektləri və yaşayış binaları dağıdılıb. Təəssüf ki, mülki vətəndaşlar da həlak olub, onların arasında azərbaycanlı ailə də var.

Polisin rəsmi məlumatına görə, bu il aprelin 18-də Nurullayev Adil Müqabil oğlu polisə müraciət edərək martın 4-də Çuquyev şəhərinin Qrakova kəndi istiqamətində qohumları 1973-cü il təvəllüdlü Əlişir Nurullayevin, 1983-cü il təvəllüdlü Tatyana Nurullayevin və övladları Adil Nurullayevin avtomobildə minaya düşərək həlak olduqları barədə müraciət edib.

Faktla bağlı araşdırma aparılır. Həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi və dəfn olunması məsələləri həll edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.