SİYASƏT


Feysal bin Fərhan Al Səud: Ölkələrimiz arasında daha güclü əməkdaşlığın qurulması üçün böyük imkanlar var

Bakı, 4 oktyabr, AZƏRTAC

Ölkələrimiz arasında mövcud olan güclü dostluq əsasında görülə biləcək işlərimiz çoxdur və potensialımız daha böyükdür.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

Azərbaycan Prezidentinin rəhbərliyi və təlimatları əsasında son bir neçə ayda bir sıra iqtisadi məsələlərdə irəliləyişə nail olunduğunu qeyd edən nazir deyib: “Siyasi səviyyədə və xalqlarımız arasında güclü əlaqələrə baxmayaraq, iqtisadiyyat sahəsində görüləcək işlər çoxdur. Ticarət dövriyyəmiz aşağıdır və qarşılıqlı sərmayə qoyuluşu da hər iki ölkənin iqtisadi potensialına uyğun deyil”.

Feysal bin Fərhan Al Səud vurğulayıb ki, son iki ildə Azərbaycan ciddi iqtisadi artıma nail olub və Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb: “Biz Səudiyyə Ərəbistanında inanırıq ki, mövcud olan qardaşlıq münasibətlərimizin təməli üzərində daha güclü əməkdaşlığın qurulması üçün böyük imkanlar var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.