DÜNYA


Feysbuk siyasətçiləri sosial şəbəkədəki imtiyazlardan məhrum edəcək

Bakı, 4 iyun, AZƏRTAC

Feysbuk sosial şəbəkəsi siyasətçilərə məlumat dərc edərkən imtiyaz verən xüsusi qaydalardan imtina etməyi planlaşdırır.

AZƏRTAC “Verge” nəşrinə istinadla xəbər verir ki, feysbuk sosial şəbəkəsinin cümə günü elan edəcəyi dəyişiklik ABŞ-ın sabiq prezidenti Donald Trampın hesabını bloklamaq barədə qərar qəbul edən nəzarət şurası (informasiya üzrə ən təzadlı qərarların nəzərdən keçirməsi üçün kompaniyanın maliyyələşdirdiyi müstəqil qrup) tərəfindən təsdiqlənib. Nəzarətçi orqan feysbuk sosial şəbəkəsinin siyasətçilərə qarşı xüsusi münasibətini tənqid edərək eyni qaydaların bütün istifadəçilərə qarşı tətbiq edilməli olduğunu bildirib. Şura müvafiq tövsiyələrə cavab vermək üçün sosial şəbəkəyə iyunun 5-dək vaxt verib.

Ekspertlərin fikrincə, dəyişiklik vəzifəli şəxslərin sosial şəbəkədən istifadəsinə təsir göstərə bilər. Belə ki, feysbuk tarixən siyasi xadimlərin dərc etdiyi məlumatlara qarışmamaq siyasəti yürüdürdü.

İndiyə qədər feysbuk istifadəçilərə qarşı tətbiq edilən yoxlama qaydalarının şamil olunmadığı siyasi hesabların siyahısına malik idi. “Information” portalının məlumatına görə, bir qrup tədqiqatçı 2019-cu ildə insanların vəzifəli şəxs tərəfindən dərc olunan yalan məlumatlara inanma ehtimalının daha yüksək olduğunu göstərən daxili tədqiqatlara əsaslanaraq bu cür siyahıdan imtina edilməsini istəyib.

Qeyd edək ki, tvip, tviter, feysbuk, yutub və instaqram yanvarın 6-da Vaşinqtonda baş verən iğtişaşlarla bağlı bəyanatları səbəbindən Donald Trampın hesablarını müxtəlif müddətlərə bloklamışdı. Buna sabiq Prezidentin Kapitoli binasını ələ keçirən etirazçılara video və yazılı mesajları səbəb olmuşdu. Etirazçıları dinc davranmağa və dağılışmağa çağıran Donald Tramp həm də onları vətənpərvər adlandırmış və seçki saxtakarlığını elan etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.