CƏMİYYƏT


Fəzail İbrahimli: Konstitusiyamıza görə hər bir vətəndaşın dini etiqad azadlığı qorunur

Fəzail İbrahimli: Konstitusiyamıza görə hər bir vətəndaşın dini etiqad azadlığı qorunur

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan öz tarixinin ən gözəl dövrünü yaşayır. Bu gün respublikamızın dünya dövlətləri sırasında öz sözü və yeri vardır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri diqqətdə saxlanılır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli komitənin martın 30-da keçirilən iclasının gündəliyindəki “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” məsələsinə münasibət bildirərkən səsləndirib.

Fəzail İbrahimli qeyd edib ki, müxtəlif illərdə qoyulan qadağalara və siyasətə baxmayaraq, Azərbaycan xalqı öz dinini və milli-mənəvi dəyərlərini qoruyub saxlayıb. Beynəlxalq hüququn normalarına söykənən Azərbaycan Konstitusiyası milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsi ilə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir.

Milli Məclis sədrinin müavininin sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” Qanun Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.