SİYASƏT


Fəzail İbrahimli: Ümummilli Liderin siyasi rəhbərliyə gəlişindən sonra Azərbaycanın iqtisadi-siyasi həyatında dönüş yarandı

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan tarixinin ən şərəfli səhifələri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hər bir millətin tarixində çox görkəmli bir liderin olması o millətin taleyini həll edir. Ulu öndər Heydər Əliyevin timsalında Azərbaycan xalqının tarixi taleyi həll olundu. Keçmiş İttifaq respublikaları arasında Azərbaycan sonuncu yerlərdən birini tuturdu. Ümummilli Lider о vaxt siyasi rəhbərliyə gəlişindən sonra Azərbaycanı dünyaya təqdim etdi. Azərbaycanın iqtisadi, siyasi və mənəvi həyatında bir növ dönüş yarandı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Fəzail İbrahimli jurnalistlərə müsahibəsində söyləyib.

Fəzail İbrahimli bildirib ki, Ulu Öndər Azərbaycanın tarixində yeni eranın əsasını qoydu. “Hakimiyyətdə olduğu və imperiyanın tərkibində fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın taleyi həmişə Ulu Öndərin diqqətində olub. Ümummilli lider Heydər Əliyevin yeganə nisgili Qarabağ məsələsi idi. Ulu Öndərin Qarabağla bağlı vəsiyyətinin Prezident İlham Əliyev tərəfindən yerinə yetirilməsi ilə Ümummilli Liderin o nisgilinə də son qoyuldu”, - deyə Milli Məclis sədrinin müavini əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.