DÜNYA


“Fiberoptikanın atası” Çarlz Kao 84 yaşında vəfat edib

Pekin, 23 sentyabr, AZƏRTAC

“Fiberoptikanın atası” hesab olunan professor Çarlz Kao sentyabrın 23-də 84 yaşında Honqkonqda vəfat edib.

AZƏRTAC xəbər verir ki, fiberoptika sahəsindəki elmi nailiyyətlərinə görə 2009-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülən alimin vəfatı barədə məlumatı Honqkonq mətbuatı yayıb. O, uzun illər Alzeymer xəstəliyindən əziyyət çəkib.

Qeyd edək ki, Çarlz Kao 1933-cü ildə Şanxayda anadan olub. 1948-ci ildə o, ailəsi ilə birlikdə Tayvan adasına, bir il sonra isə Honqkonqa köçüb. Honqkonq, Böyük Britaniya və ABŞ vətəndaşlığına malik olan Çarlz Kao telekommunikasiya sənayesinin inkişafında vacib rol oynayan fiberoptika sahəsində əhəmiyyətli tədqiqatlar aparıb. Alim London Kral Cəmiyyətinin, Kral Mühəndislik Akademiyasının, Çin Elmlər Akademiyasının, Avropa Elm və İncəsənət Akademiyasının və digər elmi qurumların üzvü olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.