MƏDƏNİYYƏT


Fikrət Əmirov adına 6 nömrəli 11 illik uşaq incəsənət məktəbinin əsaslı təmirdən sonra açılışı olmuşdur

Bakı, 18 sentyabr (AZƏRTAC). Sentyabrın 18-də Fikrət Əmirov adına 6 nömrəli 11 illik uşaq incəsənət məktəbinin əsaslı təmirdən sonra açılışı olmuşdur.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin təhsilə, mədəniyyətə, incəsənətə daim böyük önəm verdiyini vurğulamışdır.

Nazir Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətə, incəsənətə, musiqi təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır.

Dahi bəstəkar, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin doğum gününün - sentyabrın 18-nin respublikamızda Milli Musiqi Günü kimi qeyd olunduğunu xatırladan nazir Azərbaycanda maraqlı tədbirlərin keçirildiyini söyləmişdir.

Ə.Qarayev Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqi təhsilinin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən və onların əhəmiyyətindən də bəhs etmişdir.

Böyük bəstəkar Fikrət Əmirovun adını daşıyan 6 nömrəli 11 illik uşaq incəsənət məktəbi barədə fikirlərini bölüşən nazir, təhsil müəssisəsinə fəaliyyətində uğurlar arzulamışdır.

Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mədəniyyətimizə, incəsənətimizə, musiqi təhsilinə göstərilən dövlət qayğısından danışmışdır.

Bildirilmişdir ki, Fikrət Əmirov adına 6 nömrəli 11 illik uşaq incəsənət məktəbi 50 ildən çoxdur fəaliyyət göstərir. Məktəbdə 400-dən çox şagird incəsənətin müxtəlif sahələri üzrə təhsil alır.

Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olmuşlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.