MƏDƏNİYYƏT


Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi V elmi-ifaçılıq konfransı keçirib

Bakı, 25 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi Azərbaycanın görkəmli bəstəkarı F.Əmirovun anadan olmasının 98-ci il dönümünə həsr olunmuş V elmi-ifaçılıq konfransı keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, konfrans COVID-19 pandemiyası ilə əlaqədar “Zoom” proqramı vasitəsilə virtual şəkildə təşkil olunub.

Konfransı açan incəsənət məktəbinin direktoru, professor, Əməkdar müəllim Adilə Yusifova iştirakçıları böyük bəstəkarın anadan olmasının 98-ci ildönümü və şərəfli Qələbə münasibətilə təbrik edib.

Sonra məruzəçi Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri arasında keçirilən növbəti konfransın mahiyyətindən, məktəbdə yaradılmış F.Əmirov mini-muzeyi, sərgilənən eksponatlar, muzeyin fəaliyyəti ilə bağlı məlumat verib.

Sonda incəsənət məktəbinin direktoru A.Yusifova virtual konfransın ərsəyə gəlməsində iştirakçılara minnətdarlığını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.