MƏDƏNİYYƏT


Fikrət Əmirovun 100 illiyinə həsr olunan təntənəli konsert - "Musiqi naminə həyat"

Bakı, 29 sentyabr, AZƏRTAC

Oktyabrın 27-də Bakı Musiqi Akademiyasının Opera Studiyasının konsert zalında dahi bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert proqramı təşkil olunacaq. Görkəmli bəstəkar F.Əmirovun musiqisi öz cəlbediciliyi və cazibədarlığı ilə seçilir.

AZƏRTAC xəbər verir ki, konsert proqramında Əməkdar artistlər Aleksey Miltıx, Samir Səmədov, Cəmilə Kərimova, o cümlədən istedadlı gənc musiqiçilər və balet artistləri Fəqan Həsənli, Fatimə Xələfova, həmçinin “Sabah” qrupu və bir çox başqaları iştirak edəcəklər. Tamaşaçılara musiqi, vokal, eləcə də balet partiyaları təqdim olunacaq.

Qeyd edək ki, təntənəli konsert Bakıdakı Rus Evinin təşkilati dəstəyi ilə StolicART teatrı tərəfindən təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.