REGİONLAR


Fikrət Əmirovun yaradıcılığı Azərbaycan musiqi sənətinin ən parlaq səhifələrindəndir

Şəki, 30 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində Azərbaycanın görkəmli bəstəkarı, simfonik muğam janrının banisi, Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər davam edir. Növbəti tədbir Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Konsertin əvvəlində dünyaşöhrətli bəstəkarın həyat və yaradıcılığından söz açılıb. Diqqətə çatdırılıb ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 2022-ci il martın 15-də Sərəncam imzalayıb. Qeyd olunub ki, görkəmli bəstəkarın zəngin irsi Azərbaycan musiqi sənətinin ən parlaq səhifələrindəndir.

Tədbirdə məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

Maraqla qarşılanan konsertin sonunda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov çıxış edərək, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, kollektivə uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.