İDMAN
Fikrət Sideifzadə: Dünya kubokunda üç qadın şahmatçımız mübarizə aparacaq
Bakı, 24 aprel, Leyla Qurbanova, AZƏRTAC
Antalyada qadınlar arasında keçirilən şahmat üzrə dünya çempionatında Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova dünya kubokuna vəsiqə qazanıblar. Bu yarışda Gülnar Məmmədova, Xanım Balacayeva, Xəyalə Abdulla da yaxşı oyun nümayiş etdirdilər. Onların dünya kubokunda iştirak etmək şansları var idi. Bəzən bəxt amili də müəyyən rol oynayır.
Bu sözləri Antalyada keçirilən şahmat üzrə dünya çempionatının nəticələri ilə bağlı AZƏRTAC-a açıqlamasında qadınlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Fikrət Sideifzadə deyib.
O qeyd edib ki, qadın şahmatçılarımızın dünya çempionatındakı çıxışını ümumilikdə uğurlu saymaq olar. Dünya kubokunda üç şahmatçımız mübarizə aparacaq. Ötən il keçirilmiş Avropa çempionatında Günay Məmmədzadə dünya kubokunda iştirak hüququ əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]