İDMAN


Fikrət Sideifzadə veteran şahmatçılar arasında Azərbaycan çempionu adını qazanıb

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə keçirilən veteran şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.

AŞF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk dəfə veteranlar arasında ölkə çempionatında iştirak edən Fikrət Sideifzadə 9 oyundan 8 xal toplayaraq yarışın qalibi olub.

Çempiondan 1 xal geri qalan Lütviyar Rüstəmov ikinci, 9 oyundan 6,5 xal toplayan Asəf Abdullayev üçüncü olub. Çempionatın yeganə xanım iştirakçısı, qadınlar arasında 13 dəfə Azərbaycan çempionu olan Elmira Əliyeva 6 xalla dördüncü yerdə qərarlaşıb.

Çempionatın bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov və AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov qalibləri təbrik edib, onlara diplom və pul mükafatları təqdim ediblər.

Xatırladaq ki, mükafat fondu 3 min manat olan ölkə birinciliyində yaşı 60-dan yuxarı olan 26 veteran şahmatçı iştirak edib. Çempion olan Fikrət Sideifzadə və yeganə qadın iştirakçı Elmira Əliyeva noyabrda İtaliyada baş tutacaq dünya çempionatında Azərbaycanı təmsil edəcəklər. Veteranların yarışında ikinci yeri tutan iştirakçı Moskvada MDB ölkələrinin çempionları arasında baş tutacaq turnirdə mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.