DÜNYA


Filadelfiya ABŞ-da nağdsız mağaza və restoranları qadağan edən ilk şəhər olacaq

Vaşinqton, 11 mart, AZƏRTAC

ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) təkcə nağdsız ödəniş yerlərinin qadağan edilməsi haqqında qanun qəbul edilib.

AZƏRTAC xəbər verir ki, sözügedən qanun şəhər meri Cim Kenni tərəfindən cari ilin fevralında Şəhər Şurasının qəbul etdiyi müvafiq qanun layihəsi əsasında imzalanıb. 2019-cu ilin iyul ayında qüvvəyə minəcək sənədə görə, öz müştərilərindən nağd ödənişləri qəbul etməkdən imtina edən mağaza və restoranlar 2 min dollaradək məbləğdə cərimə olunacaqlar.

Son illər nağdsız mağaza və restoranların sayı artıb. Nağdsız tranzaksiyaların tərəfdarları iddia edirlər ki, müştərilər üçün üzərində nağd pul gəzdirməmək, kredit və debit kartlarından istifadə edərək ödəniş etmək daha rahat və əlverişlidir. Bundan başqa, mağaza və restoranlarda üzərində nağd pulun olmaması onların cinayətkarlar tərəfindən qarət edilməsi ehtimalını istisna edir. Nağdsız ödənişlərin tərəfdarları isə bildirirlər ki, nağdsız ödənişləri qəbul etməkdən imtina edən mağaza və restoranlar kredit və debit kartından istifadə etməyənlərə qarşı ayrı-seçkilik aparırlar.

Şəhər Şurasının üzvü və yeni qanunun həmmüəllifi Bill Qrinlinin sözlərinə görə, bundan sonra şəhərin bütün sakinləri hansı sosial təbəqəyə aid olmasından asılı olmayaraq, özlərini bərabərhüquqlu hesab edəcəklər.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.