MƏDƏNİYYƏT


Filarmoniya səhnəsində yeni adlar

Filarmoniya səhnəsində yeni adlar

Bakı, 30 noyabr, AZƏRTAC

Dekabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində konsert keçiriləcək.

AZƏRTAC xəbər verir ki, gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijorlar Fuad İbrahimov, solistlər piano ifaçısı Əli Məmmədov, violin ifaçısı Nəzrin Aslanlı) çıxış edəcək.

Qeyd edək ki, “Yeni adlar” layihəsinin məqsədi milli musiqimizin və mədəni irsimizin qorunması, eləcə də ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətinə töhfə verməkdir. Layihə eyni zamanda Azərbaycan ifaçılıq sənətində olan yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən və onu dərk edərək, böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün belə imkanların yaradılması onların inkişafına böyük təkandır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.