MƏDƏNİYYƏT


Filarmoniyada bəstəkar Hacı Xanməmmədovun xatirəsi yad olunacaq

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında unudulmaz bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Filarmoniya və “Mədəniyyət” kanalının birgə təşəbbüsü ilə reallaşacaq tədbirdə sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətərindən danışılacaq, sənət fəaliyyəti haqqında məlumat veriləcək.

Gecədə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək. Respublikanın tanınmış və gənc ifaçılarının iştirak edəcəyi konsertdə bəstəkarın dillər əzbəri olan mahnıları səslənəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.