MƏDƏNİYYƏT


Filarmoniyada dünya şöhrətli bəstəkar Motsartın əsəri səsləndirilib

Bakı, 6 fevral, AZƏRTAC

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluq etdiyi orkestrin solistləri alt ifaçısı Rəna Rəhimova və skripka ifaçısı Rövşən Əmrahov olub.

Konsertdə görkəmli Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın “Simfonik konserti: Alt, skripka və orkestr üçün” əsəri ifa edilib. Konsert proqramı maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.